Zelenski: "Putinlə ABŞ və ya Yaxın Şərqdə görüşə bilərəm" Gündəm

Zelenski: "Putinlə ABŞ və ya Yaxın Şərqdə görüşə bilərəm"

Volodimir Zelenski hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinlə görüş ABŞ-da və ya Yaxın Şərqdə baş tuta bilər.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə İtaliyanın "RAI" radiostansiyasına müsahibəsində bildirib.

"Mən Putinlə görüşə hazıram. Bu, dəqiq nə Moskvada, nə də Kiyevdə olacaq. Lakin görüşmək üçün bir çox yer var – Yaxın Şərqdə, Avropada, Birləşmiş Ştatlarda", — deyib.

Zelenski həmçinin ABŞ-ın iştirakı ilə davam edən və hazırda daha çox Yaxın Şərqə yönəlmiş danışıqlar prosesi barədə məlumat verib: "Buna görə də Rusiya ilə üçtərəfli formatda danışıqlar təxirə salınmışdı, lakin onlar yenidən bərpa olunacaq".

Məryəm Quliyeva