Zelenski: Ukrayna Rusiya NEZ-lərini yenidən vuracaq Dünya

Zelenski: Ukrayna Rusiya NEZ-lərini yenidən vuracaq

Ukrayna üçgünlük fasilədən sonra Rusiyanın NEZ-lərinə yenidən zərbələr endirməyə başlayacaq.

Xalqcebhesi.az -ın məlumatına görə, Ukrayna Prezidenti Vladimir Zelenski "Financial Times" qəzetinə müsahibəsində bildirib ki, ölkəsi üçgünlük fasilədən sonra Rusiyanın neft emalı zavodlarını (NEZ) yenidən vurmağa başlayacaq. O izah edib ki, Ukrayna ABŞ-nin xahişi ilə Rusiyanın energetika obyektlərinə hücumları üç gün müddətinə dayandırsa da, ruslar Ukraynanın energetika sisteminə zərbələr endirməyə və ukraynalıları öldürməyə davam ediblər.

Prezidentin sözlərinə görə, bu fasiləyə baxmayaraq, Ukrayna ABŞ tərəfindən ballistik raketlərin buraxılışı barədə xəbərdarlıqlardan məhrum qalıb, "Starlink" məhdudiyyətləri isə cəbhədəki əməliyyatları və Rusiyanın hərbi obyektlərinə endirilən zərbələri çətinləşdirib.

Zelenski bildirib ki, ABŞ hakimiyyəti Rusiya energetikasına vurulan zərbələr dayandırılmayacağı təqdirdə Ukrayna hərbçilərini kəşfiyyat məlumatlarını bloklamaqla hədələyib.

Məryəm Quliyeva