11:56
924
Çin hakimiyyəti Hörmüz boğazında normal gəmiçiliyin bərpasını tələb edir və ABŞ tərəfindən onun blokadaya alınmasını məsuliyyətsiz addım hesab edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Szyakun bəyanat verib.
Diplomat brifinq zamanı vurğulayıb:
"Maraqlı tərəflərin müvəqqəti atəşkəs barədə artıq razılığa gəldiyi bir şəraitdə, ABŞ tərəfindən hərbi iştirakın gücləndirilməsi və məqsədyönlü blokada əməliyyatlarının keçirilməsi yalnız ziddiyyətlərin kəskinləşməsinə və gərginliyin artmasına səbəb olacaq. Çin israr edir ki, tərəflərin hər biri atəşkəs razılaşmalarına ciddi əməl etsin, dialoqa və sülh danışıqlarına diqqət yetirsin ki, boğazda normal gəmiçilik mümkün qədər tez bərpa olunsun."
Çinli diplomat dəqiqləşdirib ki, Hörmüz boğazının ABŞ tərəfindən blokadaya alınması "təhlükəli və məsuliyyətsiz hərəkətdir".
Qo Szyakunun sözlərinə görə, Vaşinqton "onsuz da kövrək olan atəşkəs rejimini sarsıdır" və üstəlik, gəmiçiliyə daha ciddi zərər vurur. O qeyd edib ki, yalnız hərbi əməliyyatların tam dayandırılması vəziyyətin yekun nizamlanması üçün şərait yarada bilər.
Məryəm Quliyeva