10:09
833
Son sutkada qlobal kriptovalyuta bazarında artım qeydə alınıb.
"APA-Economics" CoinMarketCap platformasına istinadən xəbər verir ki, kriptobazarın ümumi kapitalizasiyası son sutkada 4,46% artaraq 2,52 trilyon dollara yüksəlib. Eyni dövrdə bazarda 24 saatlıq ticarət həcmi 70,06% artaraq 119,45 milyard dollar təşkil edib.
Məlumata görə, “Bitcoin”in qiyməti son sutkada 4,95% artaraq 74 368 dollara, “Ethereum”un qiyməti isə 7,90% artaraq 2 361 dollara yüksəlib. BNB 2,99% bahalaşaraq 613 dollara, “Bitcoin Cash” 2,92% bahalaşaraq 437 dollara, “Monero” 0,25% bahalaşaraq 347 dollara çatıb, “Aave”nin qiyməti isə 3,30% artaraq 100 dolları ötüb.
Bununla yanaşı, qızıl əsaslı rəqəmsal aktivlərdə də artım qeydə alınıb. “PAX Gold”un qiyməti 1,08% artaraq 4 751 dollara, “Tether Gold”un qiyməti isə 1,05% artaraq 4 742 dollara yüksəlib.
Qeyd edək ki, bazarda artım əsasən Yaxın Şərqdə geosiyasi gərginliyin nisbətən azalması, ABŞ fond bazarlarında müsbət dinamika və ticarət həcminin kəskin artması fonunda baş verib. Bu amillər investorların risk iştahasını artırmaqla yanaşı, qızıl əsaslı aktivlərə də marağın davam etdiyini göstərir.