Prezident İlham Əliyev Kolumbiyanın yeni səfirini qəbul edib - YENİLƏNİB
XİN: Vətən müharibəsindən sonra 422 Azərbaycan vətəndaşı mina qurbanı olub
“Dini radikalizmin mənəvi və sosial nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycan Boloniya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur
11:13
889
Türkiyədə Futbol üzrə Mardin Super Həvəskar Liqasında xoşagəlməz hadisə baş verib.
Apasport.az xəbər verir ki, bu, “Derikspor”la “Kızıltepe 47 Sport” komandaları arasında matçda yaşanıb.
Belə ki, oyunun baş hakimi “Derikspor”un lehinə penalti təyin edib. Beşir Dağlık 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
Qoldan sonra rəqib futbolçu Sadat Korul futbolçulara hücum çəkib. O, öncə rəqib komandanın oyunçusu Yusuf Çiftçinin dizinə, yıxıldıqdan sonra isə başına təpiklə vurub.
Korul qırmızı vərəqə ilə cəzalandırılıb, Çiftçi isə xəstəxanaya yerləşdirilib.
Matçdan sonra istintaq prosesinə başladılıb, Korul həbs olunub.
Çiftçinin isə almacıq sümüyü qırılıb. Onun müalicəsi davam edir.