Şirvanda 8 kq narkotik vasitə aşkarlanıb Hadisə

Şirvanda 8 kq narkotik vasitə aşkarlanıb

Şirvanda 8 kq narkotik vasitə aşkarlanıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ruslan Əliyev saxlanılıb. Ondan 8 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.