ABŞ Hörmüz boğazını minalardan təmizləmək üçün gəmilər göndərib
Azərbaycan alimentlə bağlı qərarların beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur
Hörmüz boğazı üzrə konfransda İrana qarşı yeni sanksiyalar müzakirə olunacaq
Makron İran və ABŞ liderlərini Hörmüz boğazını blokadadan çıxarmağa çağırıb
13:58
1 645
Çərşənbə axşamı Vaşinqtonda Livan və İsrail arasında keçiriləcək danışıqlar müstəsna olaraq atəşkəs razılaşmasının əldə olunmasına yönələcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Livanın rəsmi mənbəsi Al Jazeera telekanalına məlumat verib.
Mənbənin sözlərinə görə, Beyrutun mövqeyi "aydındır və atəşkəsə nail olmağın prioritetliyindən irəli gəlir", eyni zamanda "Livanın Vaşinqtondakı səfirinin rəsmi mandatı yalnız bu məsələnin müzakirəsi ilə məhdudlaşır". Mənbə qeyd edib ki, gözlənilən görüş "hazırlıq xarakteri daşıyır". O həmçinin vurğulayıb ki, "ABŞ dövlət katibinin İsrail ilə danışıqlarda iştirakı bu prosesə Amerikanın dəstəyinin göstəricisidir".
Məryəm Quliyeva