ABŞ Hind okeanında İranla əlaqəli tankeri saxlayıb Dünya

ABŞ Hind okeanında İranla əlaqəli tankeri saxlayıb

ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığı (INDOPACOM) Hind okeanında "Davina" tankerinin saxlanıldığını bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, komandanlığın "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən bəyanatda bildirilir.

"Gecə saatlarında ABŞ Silahlı Qüvvələri Hind okeanında sanksiya tətbiq edilmiş, bayraqsız 'Davina' gəmisinin saxlanılması və yoxlanılması üçün əməliyyat keçirib. Biz cinayətkar şəbəkələri sıradan çıxarmaq və harada olmalarından asılı olmayaraq İrana maddi dəstək verən gəmiləri saxlamaq üçün qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə beynəlxalq dəniz əməliyyatlarını davam etdirəcəyik", — deyib.

məryəm Quliyeva