Azərbaycan və İran arasında Araz çayının su ehtiyatlarının bölüşdürülməsi razılaşdırılıb
Paşinyan Ermənistanın KTMT-dən çıxarılması məsələsinə münasibət bildirib
BMTM-də Cənubi Qafqazda yeni geosiyasi reallıqlar mövzusunda tədbir keçirilib - FOTO
bp: Azərbaycanın növbəti iqtisadi inkişaf mərhələsində insan kapitalı əsas rol oynayacaq
12:00
693![]()
Oman sahillərində tankerin maşın bölməsində yanğın baş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzinin (UKMTO) bildirişində deyilir.
"UKMTO Omanın Suxar şəhərindən 21 dəniz mili (39 km) şimal-şərqdə baş vermiş insident barədə məlumat alıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, tankerin maşın bölməsində yanğın baş verib", - deyə koordinasiya mərkəzindən bildirilib. Ekoloji ziyandansa bəhs edilmir. Hadisə "şübhəli fəaliyyət" kimi təsnif edilib, gəminin adı isə dəqiqləşdirilmir.
Ötən gün koordinasiya mərkəzi Suxardan 20 mil məsafədə oxşar hadisənin baş verdiyi barədə məlumat yaymışdı. Həmin vaxt tankerdə baş verən yanğın nəticəsində bir nəfər həlak olmuş, iki nəfər isə itkin düşmüş hesab olunurdu.
Məryəm Quliyeva