Fidan: "İsrailin təcavüzkar mövqeyi artıq qlobal bir problemdir" Gündəm

Fidan: "İsrailin təcavüzkar mövqeyi artıq qlobal bir problemdir"

İsrailin regiondakı təcavüzkar hərəkətləri bütün dünya üçün bir problemə çevrilib.

Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan 16-17 iyun tarixlərində Rusiyaya etdiyi səfərin yekunlarına dair "Türkiye" qəzetinə müsahibəsində bildirib.

"İsrailin təcavüzkar mövqeyi bütün dünya üçün problemə çevrilib. Bu, təkcə Türkiyənin problemi deyil. İsrail regionda dağıntılar törətmək istəyir. O, bəzi ölkələri işğal etmək və terror aktları törətmək istəyir ki, bunun da qlobal təhlükəsizlik, eləcə də iqtisadi sahə baxımından fəsadları var. Biz İsrailin getdikcə daha çox [beynəlxalq birliyin] reaksiyası ilə qarşılaşdığını görürük. Ümid edirik ki, bu reaksiya öz bəhrəsini verəcək və regionumuzun bütün ölkələri sülh, sabitlik və rifah içində yaşayacaq", — deyə Fidan qeyd edib.

Nazirin fikrincə, Qəzza problemini arxa plana keçirən İran ətrafındakı münaqişə nizamlandıqdan sonra region ölkələri Fələstin anklavındakı böhranın həllinə daha çox diqqət ayıra biləcəklər. "ABŞ-nin Qəzza üzrə sülh planının ikinci mərhələsinə keçid üçün işlər aparılır, çərçivə sənədinin razılaşdırılması istiqamətində səylər göstərilir. Biz də bu prosesdə iştirak edirik", — deyə Türkiyənin naziri bildirib.

Məryəm Quliyeva