Mədəniyyət sahəsində qrant müsabiqələrinin keçirilməsi Qaydası təsdiqlənib
FHN: Göyçayda maşın su kanalına aşıb, dalğıc qrupu axtarışlara cəlb olunub - VİDEO - YENİLƏNİB
Dövlət Sərhəd Xidmətinin Sürücülük Mərkəzinin açılış mərasimi keçirilib
Qətər XİN: Hörmüz boğazında gərginliyi azaltmaq üçün xüsusi rabitə kanalı işə salınıb
14:10
952
Rusiya Sumı şəhərinə aviabombalarla zərbə endirib, 2 nəfər xilas edilib, ilkin məlumata görə, daha 11 nəfər yaralanıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
"Bir neçə zərbə qeydə alınıb. Ən böyük dağıntılar infrastruktur obyektində baş verib. Xilasedicilər zərər çəkmiş binanın yuxarı mərtəbələrində 2 nəfər aşkar ediblər. Ən ağır vəziyyət böyük beton plitələrin altında sıxılıb qalan qadınla bağlı olub. Bütün çətinliklərə və təkrar zərbə təhlükələrinə baxmayaraq, FHDX mütəxəssisləri xüsusi texnikanın köməyi ilə zərərçəkmişi çıxararaq təcili tibbi yardım maşınına çatdırıblar. Digər bir kişiyə isə xilasedicilər dağılmış binadan çıxmağa kömək ediblər", — deyə Ukrayna xidməti bildirir.
Məryəm Quliyeva