Gürcüstanın baş naziri İrakli Qaribaşvili azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonuna səfər edib.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, baş nazir əvvəlcə Dəmyəgorarxı kəndində olub. Baş nazir kənddə azərbaycanlı fermerlərlə görüşüb, onların problemləri ilə tanış olub. Kənddə tərəvəz əkilən sahələrə baxış keçirən baş nazir, fermerlərə hər cür yardım göstəriləcəyini deyib.
Daha sonra İrakli Qaribaşvili rayonun Qullar kəndində yeni çəkilən 5 kilometrlik asfalt yolun açılışında iştirak edib.
Baş naziri səfərdə Kvemo-Kartli bölgəsinin qubernatoru Georgi Mqebrişvili, baş nazirin köməkçisi Savalan Mirzəyev müşayiət edib.