09:40
714
Amerika Birləşmiş Ştatları Pakistan Silahlı Qüvvələrinin Əfqanıstan ərazisinə endirdiyi zərbələri özünümüdafiə aktı kimi əsaslı hesab edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
"Vaşinqton Pakistanın terror hücumlarına cavab olaraq özünümüdafiə hüququnu dəstəkləyir. Pakistan xalqı terrorçuların əlindən böyük zərər çəkib", — deyə qurumun rəsmisi bildirib. Onun sözlərini "Reuters" agentliyi sitat gətirir.
Məryəm Quliyeva