Azərbaycan neftinin qiyməti 72 dollara yaxın olub İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 72 dollara yaxın olub

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,65 dollar və ya 0,9% ucuzlaşaraq 71,81 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,46 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.