07:29
1 456
Pentaqon, avropalı müttəfiqlərinin öz təhlükəsizliklərinin təmin edilməsində daha çox məsuliyyət üzərlərinə götürmələrinə yönəlmiş ABŞ planlarının uğurla icra edildiyini hesab edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə iyulun 2-də ABŞ müdafiə nazirinin siyasi işlər üzrə müavini Elbric Kolbi bildirib.
O, "X" sosial şəbəkəsində qeyd edib ki, Vaşinqton administrasiyası Şimali Atlantika Alyansında "Avropanın qeyri-nüvə silahlarının köməyi ilə öz müdafiəsinin təmin edilməsində əsas məsuliyyəti öz üzərinə götürəcəyi" dəyişikliklərə nail olur. "Çoxları bunun qeyri-mümkün olduğunu, Avropanın bu addımı ata bilməyəcəyini və ya istəməyəcəyini deyirdi. Gözümüzün qarşısında bu iddia təkzib olunur", — deyə Kolbi əlavə edib. Nazir müavini vurğulayıb ki, Vaşinqton NATO-nu müttəfiqlərin ABŞ-dan asılılığına deyil, "tərəfdaşlığa əsaslanan bir alyans" olaraq görmək istəyir.
Məryəm Quliyeva