09:42
714
Miyakocima adasından şimal-qərbdə yerləşən akvatoriyada 6,4 maqnitudalı zəlzələ baş verib.
Xalqcebhesi.az Yaponiya Meteorologiya Agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 13:05-də (Bakı vaxtı ilə 08:05) qeydə alınıb. Zəlzələ ocağı yer səthinə yaxın (az dərinlikdə) yerləşib.
Kume adasında təkanların gücü Yaponiyanın 7 ballıq seysmik intensivlik şkalası üzrə 3 bala çatıb.
Zəlzələnin episentri şimal enliyinin 26 dərəcəsi və şərq uzunluğunun 125,8 dərəcəsi koordiantlarında yerləşib.
Sunami təhlükəsi elan edilməyib.
Məryəm Quliyeva