Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib
Yeni tikilmiş “Bilgəh” sularda xilasetmə məntəqəsinin açılışı olub- VİDEO
“Bu coğrafiyada Azərbaycanı qorumağı bacaran liderə etimadın olması təbiidir”
WSJ: NATO rəsmiləri Trampın Ankara sammitində çətinlik yaradacağından narahatdırlar
11:54
770
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Ohio" sinfinə aid "USS Nebraska" atom sualtı qayığında ən azı 64 amerikalı hərbi qulluqçu dizel generatorunun dəm qazından zəhərlənib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Navy Times" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə iyunun 22-də, Vaşinqton ştatındakı "Kitsap-Banqor" Sakit Okean Donanmasının hərbi dəniz bazasında gəmi körpüsündə aparılan işlər zamanı heyətin ehtiyat dizel generatorunu işə salması nəticəsində baş verib.
Qeyd olunur ki, hərbçilər zəhərlənmə baş verən an generatorun yaxınlığında olublar. Simptomlara öskürək, baş ağrısı, baş gəllənməsi, ürəkbulanma və halsızlıq daxil olub. Altı dənizçi növbəti tibbi müayinə üçün xəstəxanalara yerləşdirilib, lakin sonradan onların hamısı evə buraxılıb.
ABŞ Hərbi Dəniz Qüvvələrindən bildirilib ki, "donanma hadisənin dəqiq səbəbini müəyyənləşdirmək üzərində işləyir və bunun aradan qaldırılması üçün müvafiq tədbirlər görəcək". Həmçinin nüvə reaktoruna heç bir ziyan dəymədiyi və onun işlək vəziyyətdə qaldığı vurğulanıb.
Məryəm Quliyeva