11:33
721
Ukrayna Prezidenti Volodimir Zelenski döyüş əməliyyatlarının xarakterinin dəyişdiyini və münaqişənin gələcək inkişafında hava üstünlüyünün əsas amilə çevriləcəyini bəyan edib.
Xalqcebhesi.az -ın xəbərinə görə, "Financial Times" qəzetinə verdiyi müsahibədə Ukrayna lideri qeyd edib ki, cəbhə xətti demək olar ki, hərəkətsizdir, Rusiya isə dənizdə uğur qazana bilmir, buna görə də əsas mübarizə hava məkanına keçir.
"Bu gün səma uğrunda mübarizə gedir. Bu, bu müharibənin prioritetlərinin dəyişməsidir. Biz səmaya keçirik. Və səmada biz artıq rəqibik. Bu tənlikdə bir məchul var. Təəssüf ki, bu, antiballistikadır (ballistik raketlərə qarşı müdafiə). Və bu, böyük problemdir. Biz hazır deyildik, bizim antiballistik proqramlarımız yox idi, bizə belə bir Sovet mirası qalmamışdı. Onların hamısı Moskvaya getdi, Ukraynada qalmadı. Bizim nüvə silahımız yox idi, hansı ki, o olmadan sən bu klubda deyilsən. Sən hücuma məruz qala biləcək kəslərin klubundasan.
Bu gün səmada zəka qalib gələcək. Buna tamamilə əminəm. Əgər tərəfdaşlar dayanıqlılıq üçün Ukraynanı pulsuz qoymasalar, uşaqlarımız dözsələr və döyüş meydanını saxlasalar, hər kilometr ruslara on minlərlə, hətta yüz minlərlə canlı qüvvə hesabına başa gəlsə, o zaman biz səma uğrunda mübarizə aparacağıq. Çünki bu müharibədə səma həlledici olacaq. Kim daha fərasətlidirsə, o da güclüdür və o da qalib gələcək", — deyə o bildirib.
Ukrayna prezidenti həmçinin Kiyevin "Krım əməliyyatı" çərçivəsindəki fəaliyyətindən danışıb və bəyan edib ki, Ukrayna zərbələri yarımadada və Rusiya daxilindəki hərbi obyektlərə, logistikaya, HHM sistemlərinə və enerji infrastrukturuna yönəlib.
Zelenskinin sözlərinə görə, Rusiya obyektlərinə endirilən zərbələr Moskvaya müharibənin nəticələrini nümayiş etdirmək məqsədi daşıyır. O qeyd edib ki, Rusiya ərazisinə hücumların gücləndirilməsi Rusiya rəhbərliyinin münaqişəyə dair qavrayışına təsir göstərə və onun başa çatması yolunda bir amil ola bilər.
Məryəm Quliyeva