Tramp: ABŞ-ın hərbi qüvvələri ölkə tarixinin ən güclü dövrünü yaşayır Dünya

Tramp: ABŞ-ın hərbi qüvvələri ölkə tarixinin ən güclü dövrünü yaşayır

ABŞ prezidenti Donald Tramp Amerika silahlı qüvvələrinin ölkə tarixindəki ən güclü vəziyyətdə olduğunu bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, özünə məxsus "Truth Social" sosial şəbəkəsində yazıb.

"Amerika Birləşmiş Ştatlarının silahlı qüvvələri heç vaxt indiki qədər güclü və qüdrətli olmayıb. Başqa heç bir ölkə bizim etdiklərimizi etməyə qadir deyil (heç yaxın belə düşə bilməzlər!). Bu il biz hərbi xidmətə çağırışçıların qəbulu üzrə növbəti tarixi rekordlara imza atdıq, üstəlik buna nəzərdə tutulan vaxtdan aylar əvvəl nail olduq. Döyüş ruhu heç vaxt bu qədər yüksək olmamışdı. Silahlı qüvvələrimizin görünməmiş qüdrəti Amerikanın müstəqilliyinin 250 illik yubileyi şənlikləri zamanı tam şəkildə nümayiş etdirildi və ölkəmiz kimi, hərbi nazirliyimiz də heç vaxt bu qədər "odlu" (hazır) formada olmamışdı.

Biz bu vəziyyəti qoruyub saxlamalıyıq və məhz buna görə də Konqres fəaliyyətini bərpa edən kimi müdafiə sahəsinə 350 milyard dollar ayrılmasını nəzərdə tutan "Barışıq 3.0" qanun layihəsini, eləcə də "Amerikanı xilas edək" qanununu qəbul etməyə borcluyuq!

Mən Nümayəndələr Palatası və Senatın rəhbərliyini bunu bir nömrəli prioritet hesab etməyə və Konqres sessiyaya qayıdan kimi "Barışıq 3.0" çərçivəsindəki 350 milyard dolların Büdcə Komitəsi tərəfindən təsdiqlənməsini təmin etməyə çağırıram. Hamının xahiş etdiyi "Amerikanı xilas edək" qanunu, bizim möhtəşəm hərbi nazirliyimizin tam maliyyələşdirilməsi ilə birlikdə çox sürətlə qəbul edilə bilər ki, bu da Amerika Birləşmiş Ştatlarının gələcək nəsillər üçün azad bir ölkə statusunu təmin edəcək. Bu məsələyə diqqət ayırdığınız üçün təşəkkür edirəm!", — deyə Tramp bildirib.

Məryəm Quliyeva