13:42
854![]()
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) Oman sahillərində tankerin mərmi ilə vurulması ilə bağlı yeni hadisə barədə məlumat yayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə koordinasiya mərkəzinin məlumatında bildirilir.
"UKMTO Omanın Limah şəhərindən 13 dəniz mili cənub-şərqdə baş vermiş insident barədə məlumat alıb. Tankerin heyəti bildirib ki, gəmi rayondan çıxış istiqamətində cənub marşrutu ilə hərəkət edərkən raketlə vurulub. Rəsmi qurumlar araşdırma aparır", — deyə qeyd edilib. Digər təfərrüatlar verilmir.
Məryəm Quliyeva