ABŞ İranın Hörmüz boğazına nəzarət etməsi barədə bəyanatını təkzib edib Dünya

ABŞ İranın Hörmüz boğazına nəzarət etməsi barədə bəyanatını təkzib edib

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran tərəfinin gəmilərin Hörmüz boğazına girişi və çıxışına tam nəzarət bərqərar etməsi haqqında bəyanatlarını təkzib edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə komandanlığın "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.

"İran Hörmüz boğazına nəzarət etmir. Beynəlxalq su yolu İslam İnqilabı Keşikçiləri Korpusunun hədələrinə baxmayaraq tranzit üçün açıq qalır. Kommersiya gəmiləri ABŞ hərbçilərinin dəstəyi ilə boğazdan istifadə etməyə davam edir. May ayının əvvəlindən bəri ABŞ qüvvələri 900-dən çox gəminin boğazdan keçməsinə kömək edib", — deyə qeyd edilib.

Məryəm Quliyeva