10:35
336
Aİ yeni Rusiya əleyhinə sanksiyalara yanaşmasını yenidən nəzərdən keçirməyi düşünür.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İrlandiyanın Xarici İşlər və Müdafiə naziri Helen Makenti məlumat verib.
"Biz hansı yanaşmanın ən yaxşı olduğuna baxmalıyıq", — deyə o, anti-Rusiya sanksiyalarının ehtimal olunan 22-ci paketi haqqında "Euractiv" portalına müsahibəsində bildirib. Makenti əlavə edib ki, Avropa Komissiyası Rusiya Federasiyasına qarşı daha tez-tez, lakin daha kiçik həcmdə məhdudiyyətlərin tətbiq edilməsini "fəal şəkildə nəzərdən keçirir". Digər tərəfdən, XİN rəhbəri boyun alıb ki, yeni paketlərin razılaşdırılması gedərək daha da çətinləşir, çünki bu tədbirlər Avropa ölkələrinin özünə də zərər vurur.
Məryəm Quliyeva