Gürcüstandan 100-ə yaxın əcnəbi deportasiya olunub Dünya

Gürcüstandan 100-ə yaxın əcnəbi deportasiya olunub

Gürcüstan DİN-in Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində 96 əcnəbini deportasiya ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

DİN-in məlumatına görə, Gürcüstandan Azərbaycan, Albaniya, Belarus, Misir, İordaniya, Hindistan, İraq, Çin, Kuba, Küveyt, Kot-d'İvuar, Livan, Madaqaskar, Mərakeş, Nigeriya, Rusiya, Səudiyyə Ərəbistanı, Sudan, Tailand, Türkiyə, Türkmənistan, Özbəkistan və digər ölkələrin vətəndaşları çıxarılıb.

Deportasiya olunmuş şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.

Son zamanlar Gürcüstanda qanunsuz miqrantlara qarşı fəal mübarizə aparılır. Parlament deportasiya və miqrantların axtarışı prosedurlarını sadələşdirərək miqrasiya qanunvericiliyini sərtləşdirib. Gürcüstan DİN hər ay onlarla əcnəbi vətəndaşın ölkədən çıxarılması barədə məlumat verir.

Məryəm Quliyeva