Pakistanda polis postuna hücum: 9 polis həlak oldu, 15 terrorçu məhv edildi Dünya

Pakistanda polis postuna hücum: 9 polis həlak oldu, 15 terrorçu məhv edildi

Pakistanın Xeybər-Paxtunxva əyalətinin Hangu rayonunda silahlı döyüşçülər polis postuna hücum ediblər. Hücum nəticəsində 9 polis əməkdaşı həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Dawn" nəşri məlumat yayıb.

Polisin məlumatına görə, daha 28 nəfər xəsarət alıb. Hadisədən sonra əraziyə əlavə qüvvələr göndərilsə də, silahlılar onlara pusqu qurublar.

Açılan atışma zamanı 15 hücumçunun məhv edildiyi, daha bir neçəsinin yaralandığı bildirilir. Hüquq-mühafizə orqanları hücumun "Fitnə əl-Xavaric" qruplaşmasının döyüşçüləri tərəfindən həyata keçirildiyini bəyan ediblər.

"Fitnə əl-Xavaric" əvvəllər "Tehrik-i-Taliban Pakistan" (Pakistan Taliban Hərəkatı) kimi tanınan qruplaşmadır.

Məryəm Quliyeva