"Moskva təcavüzü dayandırmasa sülh danışığından söhbət gedə bilməz"
“Azərbaycan dili əsrlər boyu xalqımızın milli varlığını qoruyub saxlayıb”
"Nə Azərbaycan, nə də Türkiyə heç bir müharibəyə daxil olmur və olmayacaq"
“PKK-nın tərksilah edilməsi yeni təhlükəsizlik arxitekturasının formalaşmasına töhfə verəcək”
ABŞ-də DÇ-2026 zamanı insan alverinə qarşı geniş əməliyyat: 900-dən çox həbs
11:19
413
Prezident İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda deyilir:
"Əlahəzrət,
Əziz Qardaşım,
Mərakeş Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Biz tarixi köklərə və xoş ənənələrə əsaslanan Azərbaycan-Mərakeş münasibətlərinə xüsusi əhəmiyyət veririk.
Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".