İran Ordusu tam döyüş hazırılığı vəziyyətində olduğunu bildirib Dünya

İran Ordusu tam döyüş hazırılığı vəziyyətində olduğunu bildirib

İran ordusu tam döyüş hazırılığı vəziyyətində saxlanılır və bölmələrə yeni növ hərbi texnika daxil olur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat katibi Məhəmməd Əkrəminiya bəyan edib.

"Ordu tam döyüş hazırılığı vəziyyətindədir. Komandanlıq zədələnmiş HHM sistemlərinin modernləşdirilməsi, yeni avadanlıqların idxalı və yerli potensiala arxalanmaqla döyüş qabiliyyətinin səviyyəsini yüksəltmək istiqamətində səylərini davam etdirir. Bölmələrin silahlanmasına yeni avadanlıqlar daxil olduqdan sonra döyüş texnikası müasir standartlara uyğun olaraq yenidən qruplaşdırılıb", — deyə İranın YJC agentliyi onun sözlərindən sitat gətirir.

Məryəm Quliyeva