13:17
448.jpg)
Vaşinqton və Tehran arasında vasitəçilər vasitəsilə həyata keçirilən dolayısı məsləhətləşmələr son mərhələsinə keçib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə yüksəksəviyyəli mənbəyə istinadən Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalı məlumat verib.
"ABŞ və İran arasında dolayısı təmaslar yekun mərhələyə daxil olub", — deyə telekanal həmsöhbətinin sözlərindən sitat gətirir. O, həmçinin tərəflər arasında dialoqun "vasitəçilər vasitəsilə" aparıldığını qeyd edib.
"Al Arabiya"nın mənbəsi əlavə edib ki, İranın xarici işlər naziri Abbas Əraqçi "son vaxtlar Pakistan ordusunun komandanı ilə iki telefon danışığı aparıb". Mənbənin iddiasına görə, İran xarici siyasət idarəsinin rəhbəri bu həftənin sonunda və ya gələn həftənin əvvəlində İslamabada səfər etməyi planlaşdırır.
Məryəm Quliyeva