11:25
336
Ukrayna Silahlı Qüvvələri Rusiyanın ballistik raket buraxılış qurğularını məhv edəcək. Prezident Zelenski Ali Baş Komandanın Qərargahının dünənki iclasında məhz bu tapşırığı verib.
Ukrayna Ali Radasınln sabiq deputatı Artur Bilous deyib ki, bu, tamamilə əsaslı və düzgün yanaşmadır; həm mən, həm də təhlil və tənqidi düşüncə qabiliyyətinə malik digər siyasilər bu məsələni əvvəllər də qaldırmışdıq. Bununla belə, dünənki ümummilli telemarafonda bu mövzu ilə bağlı müzakirələrin əsas hissəsi F-16-lardan həmin qurğulara raket zərbələri endirmək üçün ABŞ-ın icazəsinin alınması zərurətinə, eləcə də onların yerləşdiyi yerlər barədə peyk kəşfiyyatı məlumatlarına olan tələbata yönəlmişdi.
"Başqa sözlə, biz yenidən öz məsuliyyətimizi tərəfdaşların üzərinə atmaq cəhdinin şahidi oluruq; guya ki, həmin tərəfdaşlar düşmənlə münaqişəni gərginləşdirmək istəmirlər. Burada söhbət sadəcə sərhəd bölgələrində yerləşdirilmiş buraxılış qurğularından gedir. Deməli, bu məsələni özümüz həll etməliyik. Doğrudur, ekspertlərin də qeyd etdiyi kimi, bir problem var: həmin qurğular atəş açarkən onları vurmaq çətindir, çünki zərbədən dərhal sonra mövqelərini dəyişirlər.
Axı onlar döyüş tapşırıqları arasındakı müddətdə haradasa saxlanılır, elə deyilmi? Hansısa anqarlarda və ya anbarlarda. Xüsusi xidmət orqanlarımız və hərbi kəşfiyyatımız bunu bilməlidir". - o, deyib.
Cavid