“Beynəxalq hüquq baxımından İsrail məsuliyyət daşımalıdır” Gündəm

“Beynəxalq hüquq baxımından İsrail məsuliyyət daşımalıdır”

“Türkiyənin xarici işlər naziri Hakan Fidanın İordaniyada Qüds üzrə Nazirlər Toplantısında “TRT Arabi”yə müsahibəsində qeyd etdiyi kimi beynəlxalq ictimaiyyət hazırda böyük sınaq qarşısındadır, İsrailin sülh ilə bağlı niyyəti yoxdur. Bu istiqamətdə Hakan Fidan narahatedici məqamları öz müsahibəsində dedi. Təbii ki, qardaş ölkənin xarici işlər nazirinin sözlərində həqiqət var. Çünki beynəlxalq hüquq baxımından İsrailin Yaxın Şərqdə ekspansionist siyasəti hazırda açıq şəkildə bildirilir. Hazırda Netanyahu başda olmaqla, İsrailin hakimiyyətində arqressiv hökumət üzvləri var. Onlar birmənalı şəkildə qonşu ölkələrin ərazi bütövlüyünü tanımadıqlarını və İsrailin genişlənməli olmasını iddia edirlər”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev söyləyib.

T.Gəncəliyev Türkiyənin xarici işlər nazirinin narahatlığını haqlı hesab edir: “Həqiqətən də beynəxalq hüquq baxımından İsrail dövləti məsuliyyət daşımalıdır. Hətta İsrail iki dövlət prinsipini də rədd edir. Çünki iki dövlət prinsipi Fələstin dövlətinin də yaradılmasını nəzərdə tutur ki, hazırda İsrail bunu da rədd edir. Ona görə bu, beynəlxalq hüquqa qarşı da ittihamdır. Türkiyənin xarici işlər naziri məhz bu aspektləri də nəzərə alaraq öz narahatlığını ifadə edib”.

Deputatın sözlərinə görə, Türkiyənin bu məsələ ilə bağlı diplomatik fəallığı ondan ibarətdir ki, İsrailin eskpansiyasının qarşısı alınsın, xüsusilə Suriyada Türkiyə İsrail qarşıdurmasının qarşısı alınsın: “Bu, çox narahatedici məqamdır. Türkiyənin diplomatik fəallığı məhz diplomatik siyasi yollarla İsrailin genişlənməsi onun aqressiv siyasətinin qarşısının alınmasına xidmət edir. Təbii ki, bu aqressiv eskpansionist siyasət davam edərsə, İsrail regionda bütün güclərlə toqquşmaq təhlükəsi qarşısında qalacaq. Ona görə də nə qədər ki, beynəlxalq hüquq, nə qədər ki, diplomatiya, siyasət mümkündür problemlər məhz bu baxımdan həll edilməlidir”.

Röya İsrafilova