Qərb müharibə başlayandan Ukraynaya 200 mlrd. dollara yaxın birbaşa büdcə dəstəyi ayırıb Dünya

Qərb müharibə başlayandan Ukraynaya 200 mlrd. dollara yaxın birbaşa büdcə dəstəyi ayırıb

Qərb ölkələri Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukraynaya təxminən 200 milyard dollar həcmində birbaşa büdcə maliyyələşdirilməsi təqdim edib.

Bunu Ukrayna Milli Bankının sədri Andriy Pışnıy "Facebook"da yazıb.

Onun sözlərinə görə, “bu, nəhəng məbləğdir”.

Ukrayna Milli Bankının sədri bildirib ki, beynəlxalq tərəfdaşların maliyyə dəstəyi Ukraynaya dövlət büdcəsinin sabitliyini qorumağa, sosial ödənişləri və digər prioritet xərcləri maliyyələşdirməyə imkan verib.

O əlavə edib ki, Qərb ölkələrində Ukraynanın maliyyələşdirilməsi zərurəti artıq Avropanın təhlükəsizliyinin təmin olunması ilə əlaqələndirilir.