10:52
343
İranın Hörmüz boğazı ilə bağlı Omanla əldə etdiyi razılaşmalar İslam Respublikasının oradan keçən gəmilər üzərində nəzarəti ələ keçirməsi ilə nəticələnə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi region ölkələrindəki üç yüksəksəviyyəli məmura istinadən məlumat verib.
Qeyd olunur ki, bu şərtlər bu günə qədər İrana edilən ən böyük güzəştlərdən biridir. Agentlik əlavə edib ki, respublikaya boğazdan gəmilərin hərəkətinə nəzarət etmək səlahiyyəti verən saziş, ABŞ və İsrailin fevral ayında başladığı müharibənin regiondakı qüvvələr nisbətinin ciddi şəkildə Tehranın xeyrinə dəyişməsi demək olacaq. Çünki müharibədən əvvəl bütün gəmilər heç bir rüsum ödəmədən boğazdan sərbəst şəkildə keçirdilər.
Məryəm Quliyeva