13:13
434
Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısına 19 yeni mövqe əlavə edərək siyahını genişləndirib. Bura 12 şirkət (o cümlədən 7 bank), 1 fiziki şəxs və 6 gəmi daxil edilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin yaydığı sənəddə bildirilir.
Məhdudiyyətlərə məruz qalanlar:
"Ozon-Bank";
"Roseximbank";
"Centr-invest" bankı;
"Realist-Bank";
"Stavr" bankı;
"Teleport-Bank";
"Oney-Bank";
"Severnıy injiniring" şirkəti;
"Metallkomplekt";
"Nikom";
"Promez";
"Texnolüks";
"Siltron" firmasının sahibi Aleksandr Jdanov.
Sanksiya siyahısındakı şirkətlərin Britaniya banklarındakı hesabları aşkarlanarsa, onlar dondurulacaq, fiziki şəxslərin isə ölkə ərazisinə girişinə qadağa qoyulacaq.
Məryəm Quliyeva