Yaponiyanın cənub-qərbində 5,1 bal gücündə zəlzələ baş verib Dünya

Yaponiyanın cənub-qərbində 5,1 bal gücündə zəlzələ baş verib

Yaponiyanın cənub-qərbində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.

Zəlzələnin episentri Kyuşu adasındakı Kumamoto prefekturası ərazisində yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub. Yeraltı təkanların maksimal gücü Yaponiyada qəbul edilmiş yeddi ballıq şkala üzrə 4 bal təşkil edib.

Sunami təhlükəsi elan edilməyib, xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.

Məryəm Quliyeva