13:38
343
NATO-nun Baltikyanı ölkələrin hava məkanının mühafizəsi missiyasında iştirak etmək üçün Estoniyaya göndərilən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 5 ədəd "F-16" qırıcısı həvalə edilmiş tapşırıqların icrasına başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə jurnalistlərə respublikanın Müdafiə Nazirliyindən məlumat verilib.
"Beş "F-16" qırıcısının və onların şəxsi heyətinin Estoniyaya yerləşdirilməsi iyulun 31-də tamamlanıb. Onlar avqustun 1-dən öz vəzifələrinin icrasına başlayıblar. Missiya 2026-cı il noyabrın 30-dək davam edəcək", — deyə hərbi idarədən bildirilib.
Məryəm Quliyeva