10:47
994
Rusiyanın Kiyev və ətraf bölgələrində dinc əhali yaşayan binaları raket və dron atəşinə tutması və insanları məqsədli şəkildə öldürməsi müharibə cinayətlərindən çox soyqırımdır. Heç bir səbəb olmadan bu hadisənin törədilməsi insanlıq baxımından Rusiyanın nə qədər deqradasiyaya uğradığnın bariz nümunəsidir.
Bunu xalqcebhesi.az-a ƏƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.
"Son günlərdə daha intensiv hal alan bu hücumların xarakteri Ukrayna tarixində sovet dövründə baş verən "Qolodomor" soyqırımından geri qalmır. Görünən odur ki, Rusiya Sovet İttifaqının varisi kimi sovetin bütün adət-ənənələrini təhvil alıb. Bütün postsovet ölkələrinə qarşı törədilən cinayətlərin mahiyyəti Rusiyanın şovinist dairələrinin indi də planlarındadır. Onlar bunu açıq şəkildə dilə gətirirlər.
Ukrayna xalqının məqsədli şəkildə məhv edilməsinə cəhd Putin Rusiyanın əsas planıdır və bunun davam edəcəyi gözlənilir" - o, qeyd edib.
A.Qasımov deyib ki, Ukrayna ordusunun Rusiyanın müxtəlif obyektlərinə vurduğu zərbələr Rusiyanı sülhə məcbur etməyəcək. Amma bununla Rusiya ciddi şəkildə zəifləyir. Bunun üçün uzun zaman lazımdır və bu zərbələrin davam etdirilməsi kütləvi hal almalıdır.
Cavid