"Əsas səbəb "Patriot" raketi partiyasının həcminin çox böyük olmasıdır" Gündəm

"Əsas səbəb "Patriot" raketi partiyasının həcminin çox böyük olmasıdır"

Hesab edirəm ki, Trampın Ukraynaya "Patriot" ları verməkdə tələsməməsinin əsas səbəbi 300 ədədlik "Patriot" raketi partiyasının həcminin çox böyük olmasıdır. Belə raketlərin istehsalı vaxt tələb edir və onlara təkcə Ukrayna deyil, həm də ABŞ-ın özü və digər müttəfiqləri ehtiyac duyur.

Bunu xalqcebhesi.az-a İntermariun İnstitutunun rəhbəri, ukraynalı politoloq Valentin Hayday deyib.

"Bundan əlavə, Tramp adətən bu cür qərarları yalnız bütün siyasi və hərbi nəticələri qiymətləndirdikdən sonra qəbul etməyə üstünlük verir. İstisna deyil ki, Vaşinqton bu müddət ərzində Ukraynanın həmin raketləri və ya onların komponentlərini öz ölkəsində istehsal etmək istiqamətində real irəliləyiş əldə edə biləcəyinə əmin olmaq istəyir.

Buna görə də, hazırkı məsələ yardım etmək istəyinin olmaması ilə deyil, daha çox Ukraynaya dəstək vermək ilə Amerikanın strateji ehtiyatlarını qoruyub saxlamaq arasında tarazlıq yaratmaq zərurəti ilə bağlıdır" - o, qeyd edib.

Cavid