Konfrans Liqası: “Qarabağ” bu gün Kiev “Dinamo”su ilə qarşılaşacaq İdman

Konfrans Liqası: “Qarabağ” bu gün Kiev “Dinamo”su ilə qarşılaşacaq

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində ilk oyuna çıxacaq.

AZƏRTAC xəbər verir ki, Ağdam klubu Ukraynanın “Dinamo” (Kiyev) komandasının qonağı olacaq.

Polşanın Lublin şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də Bakıda keçiriləcək.