09:53
420
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların xüsusilə "müəyyən növlər" üzrə böyük döyüş sursatı ehtiyatlarına malik olduğunu və onların istehsalını artırmağa davam etdiyini bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
"ABŞ-nin, xüsusilə də müəyyən növlər üzrə nəhəng "sursat" ehtiyatları var. Bundan əlavə, ehtiyac yarandıqca böyük həcmdə sursat istehsal olunur və ABŞ-yə tədarük edilir. Müdafiə şirkətləri ölkəmizin tarixində heç vaxt olmadığı qədər çox zavod və fabrik tikirlər. Bu xain bəyanatları yayan "ifşaçı"lar təqib olunur. Onlar üçün uzunmüddətli həbs cəzası tələb ediləcək!", — deyə Tramp qeyd edib.
Məryəm Quliyeva