İran Hörmüz boğazından keçən gəmilərdən rüsum almaq istəyir Gündəm

İran Hörmüz boğazından keçən gəmilərdən rüsum almaq istəyir

İran və Oman nümayəndələri Hörmüz boğazında gəmiçiliyin bərpası üzrə danışıqlar çərçivəsində daşınan yükün bəyan edilmiş dəyərinin 3%-dən 7%-dək miqdarında tranzit rüsumlarının tətbiqini müzakirə edirlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin qeyd etdiyi kimi, İran tərəfi 5-7% həcmində ödənişin tətbiq olunmasında təkid edir. Oman isə daha aşağı dərəcə — 3% müəyyən etməyi təklif edir. Bu arada, Birləşmiş Ştatlar Hörmüz boğazından tranzitə görə İranın xeyrinə hər hansı xidmət haqqının tutulmasına qəti şəkildə qarşı çıxır. Fars körfəzi ölkələri də təkid edirlər ki, gəmi sahibləri tərəfindən hər hansı ödənişlər — əgər onlar barədə razılıq əldə olunarsa — tamamilə könüllü xarakter daşımalıdır.

Məryəm Quliyeva