15:07
707
Birləşmiş Ştatlar və İran 60 günlük atəşkəs rejiminin uzadılması barədə razılığa gəliblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalı mənbələrə istinadən məlumat yayıb.
"İran və ABŞ arasında 60 günlük atəşkəsin uzadılmasına razılıq verilməsi barədə məlumat daxil olub", - deyə telekanalın həmsöhbətləri bildiriblər.
Onlar həmçinin qeyd ediblər ki, "keçən iyun ayında ABŞ və İranın imzaladığı anlaşma memorandumunda nəzərdə tutulan müddət bu gün başa çatır".
Məryəm Quliyeva