12:13
301
Birləşmiş Ərəb Əmirlikləri Yaxın Şərqdəki münaqişə başa çatdıqdan sonra tez və ya gec İranla münasibətləri bərpa etməyə məcbur olacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə BƏƏ Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş bəyan edib.
"İranla münasibətlər təkcə BƏƏ üçün deyil, bütün Körfəz ölkələri üçün mərkəzi məsələ olaraq qalır. İran bizim qonşumuzdur və müəyyən məqamda bərpa edilməsi mümkün olanları bərpa etmək üçün yol tapmalı olacağıq. Coğrafiya bizə başqa alternatib qoymur", — deyə o, Əbu-Dabidə Yaxın Şərqin geosiyasət, iqtisadiyyat və təhlükəsizlik məsələlərinə həsr olunmuş beynəlxalq "Hili Forum"da çıxışı zamanı bildirib.
Məryəm Quliyeva