İcraçı direktor: COP30-da beşillik fəaliyyət planı üzrə razılıq eldə edilib Hadisə

İcraçı direktor: COP30-da beşillik fəaliyyət planı üzrə razılıq eldə edilib

"COP30-da beşillik fəaliyyət planı üzrə razılıq eldə edilib".

APA xəbər verir ki, bunu COP30-un icraçı direktoru Ana Toni Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) çərçivəsində keçirilən panel sessiyada deyib.

O bildirib ki, planın istiqamətlərindən biri enerji, sənaye və nəqliyyat sektorlarını əhatə edir və bu sahələr elektrikləşmə hədəfi ilə birbaşa bağlıdır: “Bu istiqamət çərçivəsində elektrikləşmə hədəfinə birbaşa xidmət edən 15 sürətləndirmə planımız var”.

Ana Toni qeyd edib ki, ümumilikdə Brazilyanım enerji sektorunun 50 faizi artıq bərpa olunan enerjidən ibarətdir.