İran MAQATE-nin nüvə obyektlərinə girişinin məhdudlaşdırılmasını izah edib Dünya

İran MAQATE-nin nüvə obyektlərinə girişinin məhdudlaşdırılmasını izah edib

İran ABŞ və İsrailin ölkəyə qarşı təcavüzü səbəbindən MAQATE müfəttişlərinin İranın nüvə obyektlərinə girişini məhdudlaşdırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bəyan edib.

"Qərb ölkələrinin tələbləri tamamilə ağlasığmazdır, çünki MAQATE-nin nüvə obyektlərinə girişinin məhdudlaşdırılması ABŞ və sionist rejimin (İsrail nəzərdə tutulur) İranın nüvə mərkəzlərinə qarşı cinayətkar və təcavüzkar əməllərinin birbaşa nəticəsidir", — deyə o, mətbuat konfransı zamanı bildirib.

Bəqainin fikrincə, Avropa ölkələrinin İranın nüvə dosyesini yenidən BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmaq cəhdləri onların ötən payız Ümumdonya Təşkilatının TŞ sanksiyalarının bərpası barədə öz bəyanatları ilə ziddiyyət təşkil edir. "Bu, İran, Çin və Rusiyanın bu mexanizmin (BMT TŞ sanksiyalarının bərpası üzrə "snapback" mexanizmi nəzərdə tutulur) qanunsuzluğu və tətbiqolunmazlığı ilə bağlı mövqeyinin haqlı olduğunu sübut edir", — deyə diplomat əlavə edib.

Məryəm Quliyeva