16:44
630
Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə (HHM) qüvvələri Yəmənin "Ənsar Allah" (husilər) hərəkatı tərəfindən Ət-Taif və Yanbu şəhərlərinə endirilən raket zərbəsini dəf edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ərəb koalisiyasının rəsmi nümayəndəsi general-mayor Turki əl-Maliki məlumat yayıb.
"Krallığın HHM qüvvələri husilər tərəfindən atılan altı ballistik raketi ələ keçirərək məhv edib", - deyə hərbi nümayəndə qeyd edib. "Raketlər Ət-Taif və Yanbu şəhərlərindəki obyektlərə tuşlanmışdı, hər iki halda zərərsizləşdirmə sistemləri uğurla çalışıb".
Əl-Maliki xəbərdarlıq edib ki, "husilər tərəfindən hərbi gərginliyin artırılması Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın qətiyyətli cavabı ilə qarşılaşacaq".
Məryəm Quliyeva