17:00
518
Ukrayna nümayəndə heyəti oktyabrın 9-da Mayamidə keçiriləcək danışıqlarda ABŞ nümayəndələri ilə yeni hərtərəfli tənzimləmə planını müzakirə edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbəyə istinadən "NBC News" telekanalı məlumat yayıb.
ABŞ tərəfindən danışıqlarda xüsusi nümayəndə Stiv Uitkoff və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner iştirak edəcəklər. Administrasiya nümayəndəsinin bildirdiyinə görə, müzakirələr "münaqişəyə son qoymaq cəhdi üçün onun bütün aspektlərini əhatə edən yeni vahid təklif" üzərində cəmlənəcək.
Məryəm Quliyeva