Filippinli səyyah: Gəncəsər monastırının böyük turizm potensialı olacaq Siyasət

Filippinli səyyah: Gəncəsər monastırının böyük turizm potensialı olacaq

Gəncəsər monastırının ilkin vəziyyətinə qaytarılmasını arzulayıram.

APA xəbər verir ki, bunu filippinli səyyah Albidon Asis Qarabağa səfər zamanı Gəncəsər monastrınını ziyarət edərkən deyib.

O, ermənilərin işğalı dövründə monastırda aparılan dəyişikliklərdən təəssüfləndiyini bildirib.

Səyyah monastırın ilkin vəziyyətinə qaytarılacağına ümid etdiyini vurğulayıb.

O, monastırın gələcəkdə böyük turizm potensialına malik olacağını vurğulayıb.