UKMTO: BƏƏ sahillərində tanker mərmi ilə vurulub Dünya

UKMTO: BƏƏ sahillərində tanker mərmi ilə vurulub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sahilləri yaxınlığında tanker naməlum mərmi ilə vurulub, nəticədə göyərtədə yanğın baş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

İnsident Rəs əl-Xəymə əmirliyinin Əl-Cəzirə əl-Həmra sahil rayonundan 13 dəniz mili qərbdə baş verib. "Bir neçə mənbədən daxil olan məlumatlara görə, gəmi naməlum mərmi ilə vurulub, nəticədə yanğın baş verib və sonradan onu söndürmək mümkün olub", - deyə koordinasiya mərkəzindən bildirilib.

Orada dəqiqləşdirilib ki, heyət üzvlərinin vəziyyəti, dəymiş ziyanın miqyası və ətraf mühitə olası təsirlər barədə məlumatlara malik deyillər.

Gəminin adı və qeydiyyatda olduğu liman açıqlanmır.

Məryəm Quliyeva