Habertürk: Türkiyə paytaxtında məmurların kütləvi həbsi başladı Gündəm

Habertürk: Türkiyə paytaxtında məmurların kütləvi həbsi başladı

Polis Türkiyə paytaxtında 25 nəfəri, o cümlədən merin iki müavinini saxlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Habertürk" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, şəhər prokurorluğu Etimesqut bələdiyyə sədrinin müavinləri Fikrət Gözüoğlu və Gültekin Bayındır, eləcə də paytaxtın bir neçə məmuru barəsində həbs və axtarış qərarı çıxarıb.

Dövlət qulluqçularının saxlanılması üzrə əməliyyatın səbəbi dəqiqləşdirilmir.

Məryəm Quliyeva