Böyük Britaniya nümayəndələri İsraildəki Qəzzaya yardım mərkəzini tərk ediblər Gündəm

Böyük Britaniya nümayəndələri İsraildəki Qəzzaya yardım mərkəzini tərk ediblər

Böyük Britaniyanın nümayəndələri İsrail hakimiyyətinin Londonun sanksiyalarına cavab olaraq qəbul etdiyi qərarla Kiryat-Qatdakı Beynəlxalq Qəzzaya Koordinasiyalı Yardım Mərkəzini tərk ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al-Monitor" portalı məlumat yayıb.

Sentyabrın əvvəlində Birləşmiş Krallığın xarici işlər naziri Ed Milibənd İordan çayının qərb sahilində salınmış yəhudi yaşayış məskənlərindən malların idxalına qadağa qoyulduğunu bəyan etmişdi. Buna cavab olaraq İsrail hakimiyyəti Qüdsdəki konsulluğun bağlanması, eləcə də britaniyalı nümayəndələrin Beynəlxalq Qəzzaya Koordinasiyalı Yardım Mərkəzindən qovulması barədə qərar qəbul edib.

Oktyabrın 8-də İsrailin xarici işlər naziri Qideon Saar Böyük Britaniyanın Qüdsdəki konsulluğunun fəaliyyətini dayandırdığını, 20 diplomatın işini başa vurduğunu təsdiqləyib. İndi isə ölkə ərazisini Beynəlxalq Koordinasiya Mərkəzindəki britaniyalı nümayəndələr tərk ediblər.

Məryəm Quliyeva