Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Makron Fransası: küçələrdə polis zorakılığı, hakimiyyətdə isə dərin legitimlik böhranı TƏHLİL
Bu il Azərbaycan ipək ixracından 400 min dollardan çox gəlir edib
MEK İstanbulun Rami Kitabxanasında “Azərbaycan bölməsi”nin yaradılmasına dəstək olub
13:09
644
Müəllimlərin müddətsiz tətili çərçivəsində təxminən 200 nəfər Madrid magistral yolunun bir hissəsində hərəkəti bloklayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, aksiya yerli vaxtla saat 08:30 radələrində başlayıb. Aksiyanın iştirakçıları yolun ortasına məktəb partaları və stulları düzüblər. Toplaşanlar başqa şüarlarla yanaşı, "Dövlət təhsili satılmır, dövlət təhsili müdafiə olunur!" deyə qışqırıblar. Yüzlərlə sürücü yolun bu hissəsində ilişib qalıb.
Madrid muxtar birliyinin dövlət təhsil müəssisələrinin müəllim heyətinin müddətsiz tətili oktyabrın 14-də başlayıb. Tətil iştirakçıları maliyyələşmənin artırılmasını, siniflərdə şagird sıxlığının azaldılmasını və müəllimlərin iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Bundan əvvəl də regionda müxtəlif piketlər, nümayişlər və mitinqlər təşkil olunmuşdu.
Məryəm Quliyeva